Cari ilin iyul ayındakı vəziyyətinə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olub
MilliYol.Az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,7 faizi təhsil, 18,9 faizi ticarət, 7,3 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, 3,2 faizi kənd təsərrüfatı, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2017-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522,0 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
MilliYol.Az
Digər xəbərlər
loading...