Türkiyəni təmsil edən atlet Ramil Quliyev dünya çempionu olub. MilliYol.Az xəbər verir ki, Londonda keçirilən 16-cı dünya atletika çempionatının qalibi adını qazanıb.
Ötən gün 200 metr məsafəyə yarış qaçışlarında final mərhələsi keçirilib. 20,09 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayan Ramil Quliyev dünya çempionu olub. Cənubi afrikalı Vayde Van Niekerklə Trinidad və Tobaqodan olan Cereem Riçards 20.11 saniyə ilə gümüş və bürünc medallara sahib çıxıb. Niekerenk rəqibini saniyənin mində bir fərqi ilə rəqibini qabaqlayıb.
Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev həm də bunu bacaran yeganə azərbaycanlı olub. Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub. Azərbaycan bayrağına bürünən Ramil təmsil etdiyi ölkənin rəmzini də əllərinə saxlayıb.
Qeyd edək ki, bununla Hüseyn Boltun hegemonluğuna son qoyulub. Yamaykalı atlet son 4 dünya çempionatının qalibi idi.
MilliYol.Az
Digər xəbərlər
loading...