Azərbaycanlı gənc aktrisa Mila Əminə dünyasını dəyişib.
MilliYol.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən vəfat edib. Belə ki, o, son 1 ay ərzində başağrısından şikayət edirmiş.
Beyninə çirk yığılan aktrisa 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş “Semaşko” adına xəstəxana-red.) müalicə olunub. Lakin o, daha sonra Türkiyəyə aparılıb və orada vəfat edib.
Xatırladaq ki, “Üç badam bir qoz” filmində oynayan Mila Əminə digər 2 xanım həmkarı ilə ekran işinin prodüseri Altun Mətləboğlundan şikayətçi olaraq onu dələduzluqda ittiham etmişdilər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...