Rektor İbad Abbasov tələbələrə imkan yaradıb ki, isti mövsümdə “tərləyib” istirahətə getsinlər
Bakı Biznes Universiteti yay bazarlığını açıq elan edib. Rektor İbad Abbasov ali məktəbin tələbələrinə geniş imkan yaradıb ki, bu isti mövsümdə “tərləyib” istirahətə getsinlər. Ьəlumata görə, Bakı Kooperasiya, Təfəkkür kimi universitetlərlə adı eyni cərgədə çəkilən sözügedən təhsil ocağı əsl kommmersiya məkanıdır.
Elə adından bəlli olduğu kimi - Bakı Biznes Universiteti bizneslə məşğuldur. Bu biznesdən hər semestrdə gəlir götürən İ.Abbasov rektordan daha çox varlanmış oliqarx təəssüratı oyadır. Adamda elə təsəvvür yaranır ki, sanki ali məktəbdə alver rəsmiləşdirilib və artıq çoxluq buna adi hal kimi baxır. Rektor İbad Abbasov tələbələrin hesabına külli miqdarda gəlir əldə etməklə tək özünü yox, yuxarı dairələri də yemlədiyini yaxın çevrəsində bəyan edir.
Bakı Biznes Universitetində (BBU) təhsil alan tələbələr buranı özəl təhsilimizin üz qarası adlandırırlar. Əslində, tələbələrə bu fikirdə haqq qazandırmaq olar. Çünki özəl təhsil sektorunda müşahidə edilən çoxsaylı problemlərin əsas yaradıcılarından biri də məhz BBU-dur. 1993-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsi 21 il ərzində təhsilimizin inkişafına heç nə ilə yardım edə bilməyib. Əksinə, universitetdə qeydə alınan xoşagəlməz hadisələr təhsil sisteminə sarsıdıcı zərbə vurub. Diqqətinizə çatdırmaq istərdik ki, İbad Abbasovun rektoru olduğu universitetin adı qalmaqallı olaylardan əskik olmur.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Bakı Biznes Universitetinə testdən kənar yollarla onlarla tələbə qəbul edilib. Bu təhsil ocağı daha çox hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetini (ABU) xatırladır. Universitet rəhbəri kimliyindən asılı olmayaraq bütün müəllimlərə göstəriş verir ki, imtahan sessiyası dövründə heç bir tələbəyə maddi təmənna olmadan qiymət yazmasınlar. Burada təkcə bir qayıbın qiyməti 20 manatdır.
Rüşvət əsasən qiyabi şöbədə tüğyan edir. Belə ki, qiyabi şöbədə təhsil alan tələbələrdən hər bir imtahan üçün 30-50 manat arası rüşvət alınığı bildirilir. Həmçinin hər il imtahanlarda alınan rüşvətin qiymətinin qalxdığıda bildirilir. Universitet rəhbərliyi 4-cü kursu bitirən tələbələrdən diplom işininin yazılmasına hazırlıq görülməsi məqsədi ilə universitetin tərkibində yeni kurs yaradıb.
Kursun qiyməti isə fakültələrdən asılı olaraq 700-1200 manat arasında dəyişir.Bu “yeni qayda” isə BBU-da yığılan pulların korrupsiya halı olmasının üstünü örtmək məqsədi daşıyır və bu məsələdə başda rektor İbad Abbasov olmaqla universitet rəhbərliyi tam özünü sığortalaya bilir. Əslində, tələbələr bu kursun məcburi şəkildə aparılmadığını söyləsələr də, kursa getməyən tələbələrin aqibətinin məlum olduğunu inkar etmirlər. Məlumatlarda təhsil kreditləri ilə bağlı məsələlər də qeyd olunur.
Universitetdə kəsiri olan, yəni kredit borcu olan tələbələrdən hər bir kreditə görə 35 AZN-dən əlavə 100 AZN də tələb edilir. Bu isə, bir illik təhsil müddəti ərzində korrupsiya faktlarının nə dərəcədə çox olmasını göstərir. Bu gün ölkənin özəl ali təhsil sistemində hələ də bir sıra problemlər qalmaqdadır. Belə ki, təhsil nazirliyinin bu sahəyə məsul olan səlahiyyətlilərinin də böyük çabaları olsa belə, nədənsə bəzi rektorlar şəffaf təhsil sistemi quruculuğu yolu ilə deyil, qaraguruhçuluq, korrupsiya və neqativ hallar yolunu tutmaqdadırlar.
Həmin özəl ali təhsil müəssisələrindən biri olmuş, hazırda Təhsil Nazirliyi tərəfindən fəaliyyətini tənzimləyən lisenziya vaxtının uzadılmaması ilə fəaliyyətinə son qoyulmuş Ali İçtimai Siyasi Universitetinin adını misal olaraq çəkmək olar.<br /><br />Həmin təhsil müəssisəsinə qaranlıq yollarla yiyələnən Rasim Nəbiyev orada ailə klanı yaratmışdı. Qohumlardan ibarət idarə olunan təhsil ocağı daha çox biznes şəbəkəsini xatırladırdı.
Təhsilin səviyyəsinə görə heç də ürəkaçan olmayan Bakı Biznes Universiteti savadsız tələbələrin ən çox üz tutduğu ünvandır. Bunun da səbəbi qəbul prosesində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tətbiq etdiyi qaydalar üzrə ali məktəblərə savadlarını sınayaraq qəbul ola bilməyən tələbələrin valideynləri tərəfindən aparılmış “sövdələşmələr”lə Bakı Biznes Universitetinin tələbəsi adına yiyələnib, məzun olmağa doğru addımlayırlar. Ancaq son nəticədə onları nə gözlədiyini isə təssüflər olsun ki, bilməkdə acizdirlər. Çünki nəticənin belə acınacaqlı ola biləcəyini təsəvvür etmiş olsaydılar, hansısa qaranlıq, qanundan kənar yollarla onları universitetə qəbul etdirən belə işbazlara bir qucaq rüşvət verməzdilər. Necə deyərlər, heç bir səbəb nəticəni dəyişmir.
O da məlum olub ki, bu universiteti bitirən gənclər həyatlarının sonrakı mərhələlərində uğur qazana bilmirlər, ən yaxşı halda hansısa tikinti şirkətində fəhlə kimi işləyirlər. Başqa sözlə desək, müxtəlif dövlət idarə və müəssisələrində Bakı Biznes Universitetinin diplomunu görüb işə düzəlmək istəyən şəxsə rədd cavabı verirlər.
Bizə çatan məlumatlarda həmçinin bildirilir ki, universitetin rektoru İbad Abbasovun adının qanunsuz tələbə köçürmələri və imtahan zamanı pul yığımlarında hallandırılması Təhsil Nazirliyinin rəhbər şəxslərində, o cümlədən nazir Mikayıl Cabbarovda bu ali məktəbə qarşı mənfi fikir formalaşdırıb.
Onu da deyək ki, İbad Abbasovun rektoru olduğu təhsil müəssisəsində imtahan götürən hər müəlliminin özünəməxsus «qiyməti» var. Beləliklə, 1993-cü ildə yaradılan, hazırda mühasibat uçotu və audit, menecment, marketinq, iqtisadiyyat, sənayenin təşkili və idarə edilməsi, biznesin idarəedilməsi, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, dünya iqtisadiyyatı, tərcümə (ingilis dili) və bank menecmenti ixtisasları üzrə mütəxəssis hazırlayan Bakı Biznes Universitetində imtahatlar zamanı "5" almağın müşkül məsələ olduğunu iddia edən mənbənin sözlərinə görə, adıçəkilən ali təhsil ocağında əla qiymətin kimin alıb, kimin almayacağını rektoratlıq müəyyən edir:
"Deyilənlərə görə, imtahanlar zamanı Bakı Biznes Universitetində vurhavur başlayır. Belə ki, "3", "4" və "5" qiymətin hərəsinin özünün ayrıca "haqqı" var. Bildirilir ki, infilyasiya, bazarlarda ərzaq mallarının qiymətlərinin artması, hətta dolların məzənnəsinin artıb azalması da imtahanlara öz təsirini göstərir. Bu səbəbdən bu il universitetdə imtahan qiymətlərinin bahalaşdığı qeyd olunur. Düzdür, hələlik rektoratlıqdan bununla bağlı bir söz deyilməsə də, lakin «starısta»lar vasitəsilə qiymətlərdə yeniliyin olduğunu çatdırıblar. Odur ki, deyilənlərə görə, bu semestr hər tələbə imtahanları yola verməkdən ötrü 500-700 manat civarında pul verməli olacaq. Halbuki ötən ilin bu vaxtı tələbələr semestri daha ucuz qiymətə başa vurublar. Əksər hallarda tələbələr imtahanlardan keçmək üçün sinif nümayəndələri vasitəsilə dekanlara yol tapırlar. Təbii ki, bu zaman tələbə əməlli-başlı "tərləməli" olur".
Bakı Biznes Universitetinin tələblərinin bir çoxunun imkanlı şəxslərin övladı, eyni zamanda müxtəlif vəzifələrdə çalışan məmurlar olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, məhz onların hesabına adıçəkilən ali təhsil müəssisəsinin rektoru İbad Abbasov külli miqdarda gəlir əldə edib:
"Deyilənlərə görə, bu gün Bakı Biznes Universitetində elə tələbələr təhsil alır ki, onların üzünü tələbə yoldaşları bir dəfə də olsun görməyib, səsini eşitməyiblər. Onların əksəriyyəti imkanlı şəxslərin övladı, eyni zamanda hazırda mühüm postlarda təmsil olunan məmurlardır. Buna görə də onlar dərsə gəlmədən rektoratlıqla danışıqlar əsasında təhsillərini başa vurmağa nail olurlar.
Əgər müvafiq qurumlar bununla bağlı obyektiv araşdırma aparsalar, o zaman İbad Abbasovun rəhbərlik etdiyi universitetin "gözə görünməz tələbələri"nin hansı yollarla təhsil aldıqları, onların hansı vəzifələrdə çalışmaları bəlli olacaq. Həmçinin o da məlum olacaq ki, Bakı Biznes Universitetinin tələbələrinin bir çoxu ali təhsil ocağına ən son model avtomobillərlə gəlir və təhsil almaq əvəzinə tamam başqa işlərlə məşğul olurlar.
Universitet rəhbərliyi isə gəlirdən məhrum olacağından ehtiyat etdiyi üçün onların əməllərini görməzdən gəlir. Bu kimi hallar isə son nəticədə təlim-tədris prosesinə mənfi təsir göstərir”.
Xatırladaq ki, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsi olmalı idio cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdı. Bakı Biznes Universiteti ali təhsil müəssisəsi kimi bu problemlərin həllində mühüm rol oynaya bilərdi. Təhsil Nazirliyinin 1993-cü ildə Bakı Biznes Universitetinə fəaliyyət üçün verdiyi qərara uyğun olaraq Nazirlər Kabinetinin 204 sayli sərəncamına əsasən universitet lisenziya ilə təmin edilmişdir. Həmin lisenziya ilə Universitetdə bakalavr və magistr pillələrində mütəxəssis hazırlığı müəyyən edilmişdir. Bakı Biznes Universitetində tədris prosesi 14 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 9 kafedra tərəfindən aparılır. ("Gündəm-xəbər)
MilliYol.Az
Digər xəbərlər
loading...