İran İslam Respublikasının prezidenti Həsən Ruhani üç qadını vitse-prezident və bir qadını isə vətəndaş hüquqları üzrə köməkçi vəzifəsinə təyin etdi
İranın 12 vitse-prezidenti Aparatla əlaqədar təşkilatları idarə edir. 1979-cu ildən bu yana hökumətdə yalnız bir dəfə qadın nümayəndə olub.
Kabinəyə təyin edilən namizədlər parlamentdə təsdiq olunmalıdır. Qeyd edilir ki, hökumətdə sünni məshəbindən olan nümayəndə yoxdur. Sünnilər İranda 10% təşkil edirlər.
Məsumə Əbtəkar ailə və qadın münasibətləri üzrə vitse-prezident, Laya Coneydi hüquq məsələləri və Şahindoxt Movlaverdi vətəndaş hüquqları üzrə vitse-prezident təyin ediliblər.
Movlaverdi bildirib ki, tamamı kişilərdən ibarət olan hökumət komandasının tərkibi göstərib ki, İran “yerində sayır”. Həm o, həm də Əbtəkar Ruhaninin əvvəlki dönəmində də vitse-prezident olublar.
İslahatçılara görə, Ruhaninin komandasında bir nəfər də olsun, qadın nazirin olmaması ona qarşı dini rəhbərlərin təzyiq etdiyini göstərir.
Qanunvericilərin tərkibə bir etiraz etməyəcəyi gözlənilir. Çünki əsas postlara İranın ali dini lideri Ayatullah Əli Xamneyinin razılığı ilə təyin olunur.
Ruhani seçki kampaniyası dönəmində siyasətdə və mədəniyyətdə qadın təmsilçilərin olacağına söz vermişdi. Lakin o, qadın nazir təyin etmədi. 1979-cu ildə İslam inqilabından sonra ilk dəfə qadın nazir 2009-2013-cü illərdə Mahmud Əhmədinejadın prezidentliyi dövründə olub.
Musavat.com
Digər xəbərlər
loading...