Pakistanın təhlükəsizlik qüvvələrinin 4 hərbçisi Xayber Paxtunxva vilayətində terror hücumu hazırlayan silahlılarla qarşıdurmada ölüb
RİA "Novosti" xəbər verir ki, Pakistan Silahlı Qüvvələrini press-relizində terror fəaliyyətinin qarşısını almaq məqsədi ilə 1 zabitin və 3 əsgərin canlarını fəda etdiyi göstərilib.
Qeyd edək ki, xüsusi xidmət orqanları terrorçuların Timerqara şəhərinin Şerotkay bölgəsində gizləndiyi barədə məlumat aldıqdan sonra çərşənbə gününə keçən gecə hərbçilər təhlükəsizlik xidmətləri ilə birlikdə xüsusi əməliyyata başlayıb.
Silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstəriblər. Onlardan biri özünü partladıb, digəri atışmada öldürülüb, başqa biri isə saxlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...