Müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğurun evliliyində yenidən gərginlik yaranıb
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tez-tez boşanmaları haqqında xəbərlər yayılan cütlük hər dəfə bunu təkzib etsə də, onların münasibətlərinin ürəkaçan olmadığı deyilir.
Aralarındakı problemləri həll etmək üçün Bodruma Muradın yanına gedən Merve istəyinə nail ola bilməyib. O, İstanbula qayıtdıqdan sonra yeni ev axtarmağa başlayıb.
Merve avqustun 7-də doğum gününü qeyd edən ərinin yanına getməyərək yaxın ətrafına "Nağıl bitir" deyib. O, hətta Muradı təbrik də etməyib. Murad isə Bodrumda səhərə qədər parti edib.
Onların bu yaxınlarda boşanacaqlarını elan edəcəkləri deyilir.
MilliYol.Az
Digər xəbərlər
loading...