Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir
Ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerini tutmaq uğrunda cox ciddi mübarizənin başlandığına dair xəbərlər yayılmaqdadır.
Məsələ ondadır ki, Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal, hakimiyyətdaxili klanların öz nəzarəti altına almaq istədiyi əsas ərazilərdən biri hesab olunur. Bu rayonun "qiyməti” son illər daha da artıb. Rayonda irimiqyaslı söküntü və tikinti işlərinin həyata keçirilməyə başlaması "qaz vurub qazan doldurmaq” niyyətində olan klanların Yasamala olan marağını daha da artırıb. Klanlar öz adamlarının başçı təyin edilməsinə nail olmaqla, rayonda aparılacaq söküntü-tikinti işlərini də nəzarət altına almaq, ərazidə həyata keçirəcəkələri bina, ticarət mərkəzləri, otel tikintiləri ilə böyük pullar qazanmaq niyyətindədirlər.
İbrahim Mehdiyevin qəfil gedişi klanları "hazırlıqsız” yaxaladığından, onların namizədlərinin kim olduqları barədə dəqiq məlumat yoxdur. Ancaq Yasamal rayon İcra Hakimiyyətinin başçısı postu uğrunda bir neçə namizədin artıq mübarizəyə başladığı dəqiqdir.
Onların arasında ən "sürprizi” isə Metropoliten İdarəsinin sabiq rəisi Tağı Əhmədovdur.
"AzPolitika.info”ya verilən məlumatda 40 il maaşını "yığıb”, 3 milyon düzəldərək general Çovdara verən Tağı Əhmədovun Yasamal rayonuna başçı gəlmək üçün bütün variantlardan istifadə etdiyi bildirilir. Hazırda YAP Yasamal rayon təşkilatına rəhbərlik edən Əhmədov, həm partiya xətti ilə, həm də mənsub olduğu klanın vasitəsilə icra başçısı postuna öz namizədliyini verdirməyə çalışır.
Tağı Əhmədovdan başqa Yasamal rayon İcra Hakimiyyətinin başçısı postuna hazırda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri işləyən Tahir Budaqovun da adı əsas namizədlər sırasında çəkilir. Onun icra başçısı təcrübəsinin olması şansını daha da artırdığı vurğulanır.
Prezidentə başqa şəxslərin təqdimatının veriləcəyi də istisna deyil.(icmal.az)
MilliYol.Az
Digər xəbərlər
loading...