Şimali Koreya ABŞ-a aid olan Guam adası sahillərinə orta və uzun mənzilli raketlər atmaq üçün yeni plan hazırlayıb
“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın tələbi ilə bir araya gələn BMT-nin Təhlükəsizlik Şurası nüvə silahı proqramını dayandırmayan Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini səs çoxluğu ilə qərarlaşdırmışdı.
Ardınca isə Washington Post Şimali Pxenyanın bir raketin içərisinə yerləşdirilə biləcək qədər kiçik nüvə döyüş başlığı yaratdığını iddia etdi. Xəbərdə Koreyanın hesab edildiyindən daha qısa vaxtda ABŞ-ı vura biləcək imkana sahib ola biləcəyi vurğulanıb.
ABŞ prezidenti Tramp isə Şimali Koreyanın son sınaqlarına belə cavab vermişdi: “ Şimali Koreya yaxşı olar ki, artıq ABŞ-ı təhdid etməsin. Dünyanın heç görmədiyi bir atəş və öfkə ilə üz-üzə qalacaqlar”.
MilliYol.Az
Digər xəbərlər
loading...