Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixail Saakaşvili Polşanı tərk edib
Bu barədə Polşanın ZET radiosu məlumat yayıb. Polşa Sərhəd Xidməti M. Saakaşvilinin hansı ölkəyə getdiyi və sərhədi keçərkən hansı sənədi təqdim etdiyi barədə hər hansı rəsmi açıqlama verməyib.
APA xatırladır ki, M. Saakaşvili Varşava üsyanının növbəti ildönümü ilə əlaqədar Polşaya səfər etdiyini və digər Avropa ölkələrinə də səfər edəcəyini açıqlayıb.
Virtualaz.org isə RİA Novosti-nin bu dəqiqələrdə yaydığı xəbərə istinadən bildirir ki, Mixail Saakaşvili Vilnüsdə Rusiya səfirliyi qarşısında keçirilən etiraz mitinqində iştirak edib.
Litva vətəndaşlığının alınması imkanı haqda jurnalistlərin sualına cavab verərkən Saakaşvili deyib ki, o öz Ukrayna vətəndaşlığını qaytarmağa çalışacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...