Dünyanın ən reytinqli “Taxt-tac oyunları” serialının yeni, tamaşaçılara təqdim olunmamış bölümünün ssenarisi internetə yerləşdirilib
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, NVO kabel kanalı şəbəkəsini sındıran xakkerlər yeni mövsümün beşinci bölümünün ssenarisini yayıblar.
Onlar NVO şəbəkəsinin sındırılmasına altı ay vaxt sərf ediblər.
Xakkerlər NVO-nun baş direktoru Riçard Pleferə videomüraciət göndərərək kanaldan pul tələb ediblər.
Bundan əvvəl xakkerlərin yeni mövsümün dördüncü bölümü haqda məlumatlar yaydığı deyilirdi.
Kanal rəhbərliyi isə sızdırılan xəbərlərin mənbəyinin xakkerlər olmadığını bəyan etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...