Cavanşir Yusibov- Azər Bayramov-Ceyhun Bayramov üçlüyünə arxalanan GDU-nun rektoru qısa müddətdə necə varlandı?
Gəncə Dövlət Universitetindən (GDU) şikayətlərin ardı-arası kəsilmək bilmir. Bir müddət əvvəl universitetdə keçirilən yeni dekan seçkilərindən sonra isə burada gərginlik pik həddinə çatıb. Belə ki, adı mətbuatda böyük rüşvət qalmaqallarında hallanan GDU bu dəfə vəzifə savaşına meydan olub.
Mətbuatda yayılan məlumatlardan aydın olur ki, fizika fakültəsinin dekanı İldırım Qasımov son dekan seçkilərində vəzifəsini həmkarı Muğan Quliyevə uduzub. Bununla barışmaq istəməyən sabiq dekan universitetdə öz ətrafını rektor Yusif Yusibov və yeni dekanın əleyhinə qaldırmaqla böyük gərginlik yaradıb. Həm yeni, həm də köhnə dekanın adı mətbuatda müxtəlif korrupsiya faktlarında hallansa da, İldırım Qasımovun son vaxtlar adının daha çox hallanması rektorun onun namizədliyi üzərində dayanmamasına səbəb olub.
İddialara görə, Gəncə Dövlət Universitetini və burada baş verən istənilən kadr dəyişikliyini təhsil nazirinin müavini Ceyhun Bayramov idarə edir. Rektor Yusif Yusibov da məhz onun kadrıdır. Belə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin xərclənməsinə nəzarət funksiyasını həyata keçirən məsul şəxsdir. Ceyhun Bayramovun qardaşı Azər Bayramov da Maliyyə Nazirliyində müavin vəzifəsində çalışır.
Gundelik-baku.com-un araşdırmaları göstərir ki, GDU-da bazar qaydalarının geniş miqyas almasında əsas məsuliyyət məhz rektor Yusif Yusibovun üzərinə düşür. Məlumatlara görə, onun rektor vəzifəsinə təyinatı bir neçə pilləli kombinasiyalarla həyata keçirilib: «Deyilənə görə, rektorun qardaşı Cavanşir Yusibov, maliyyə nazirinin müavini Azər Bayramov və təhsil nazirinin müavini Ceyhun Bayramovun təzyiqi ilə keçmiş rektor Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırılıb. Rektor bu gün məhz adıçəkilən şəxslərin sayəsində vəzifədə qalır və törətdiyi qanunsuz işlərin üstü asanlıqla ört-basdır edilir.
Bundan başqa, Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, rektor maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində ixtiyar sahibidir. Yusif müəllim hələ prorektor təyin olunanda Gəncədə “Gülüstan qəsəbəsi” yaxınlığında kirayədə yaşayırmış. Amma rektor təyin olunduqdan sonra, o qısa bir müddət ərzində Gəncənin “Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev alıb. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140 min manata ən axırıncı model ağ rəngli “Lexus” avtomobilinə sahib ola bilib. Bu avtomobili isə onun oğlu şəhərdə sürür. Daha maraqlı bir fakt isə rektorun bahalı mobil telefonu ilə bağlıdır.
Deyilənə görə, onun telefonunun qiyməti 11 min manatdır. Yusif Yusibovun kolleksiyasına Hacıkənddə yerləşən dəbdəbəli bağ evi də əlavə olunub". Digər tərəfdən, GDU rektorunun Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı münasibətinin yaxşı olmadığı bildirilir. Onun şəhər rəhbərinə qarşı kampaniya apardığına dair iddiaları təsdiqləyəcək bir neçə dəlil də ortaya çıxıb. Məlumata görə, rektor onun haqqında mətbuatda çıxan məlumatların başçı tərəfindən ötürüldüyündən şübhələnib. Daha sonra ətrafındakı adamları onu daha da qızışdıraraq Gəncənin icra başçısının onunla yanaşı, həm də maliyyə nazirinin müavini olan qardaşı Cavanşir Yusibovla da düşmənçilik edərək, onları nüfuzdan salmağa çalışdığına inandırıblar:
"GDU-nun rektoru bu deyilənlərdən sonra Elmar Vəliyevlə üz-üzə gəlmədən, ona qarşı "mübarizə"yə başlayıb. Və qısa müddətdən sonra Gəncəbasarda nəşr olunan yerli qəzetlərdən birində icra başçısının əleyhinə olduqca ciddi ittihamlarla dolu yazı peyda olur. Lakin rektor burada bir məsələdə səhvə yol verir ki, həmin qəzetin bir səhifəsində özünün müsahibəsini verdirdiyi halda, digərində Elmar Vəliyevin əleyhinə məqalə yerləşditdirir. Onu da bildirək ki, bu proses əyalət qəzetləri ilə yekunlaşmır. Deyilənə görə, rektor maliyyələşdirdiyi bəzi müxalifət saytlarında da icra hakiminin əleyhinə yazılar verdirir".
MilliYol.Az
Digər xəbərlər
loading...