Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib
Trend-in statistik göstəricilərə istinadən apardığı araşdırmaya görə, 2016-cı il ərzində Azərbaycanda 13114 boşanma qeydə alinib.
Boşananlarının 4869-nun nikahı 5 ilə qədər, 3668-nin nikahı 5-9 il, 2806-nın nikahı 10-19 il, 1771-nin nikahı 20 il və çox davam edib.
Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.
Ötən il boşanan kişilərin 2-sinin yaşı 18, 6-sının yaşı 19 olub. Qadınlara gəldikdə, ötən il 18 yaşında boşanan qadınların sayı 39, 19 yaşında boşanan qadınların sayı 132 nəfər olub.
Ümumilikdə, 2016-cı ildə boşanan kişilərin 627-si 20-24 yaşlı, 2725-i 25-29 yaşlı, 3198-i 30-34, 2288-i 35-39 yaşlı, 1436-ı 40-44 yaşlı, 1140-ı 45-49 yaşlı, 746-sı 50-54 yaşlı, 448-i 55-59 yaşlı, 373-ü 60 və yuxarı yaşlı olub.
Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan kişilər arasında 25-29 yaşlılar üstünlük təşkil edib. Ötən il 1902 nəfər 25-29 yaşlı kişi 5 ilədək davam edən nikahına son qoyub.
5-9 illik nikahlarından sonra boşanan kişilər arasında isə 30-34 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1450 kişi boşanıb.
Nikahları 10-19 il davam etdikdən sonra boşanan kişilər arasında 35-39 yaşlılar çox olub. 2016-cı ildə 967 nəfər 35-39 yaşlı kişi boşanıb.
Nikahları 20 il və daha çox davam edən kişilər arasında isə 45-49 yaşlılar üstünlük təşkl edib. Keçən il 490 kişi 20 il və daha çox davam edən nikahına son qoyub.
Ümumilikdə, 2016-cı ildə boşanan 13114 qadının 39-u 18 yaşlı, 132-si 19 yaşlı, 2348 nəfəri 20-24 yaşlı, 3453 nəfəri 25-29 yaşlı, 2612 nəfəri 30-34 yaşlı, 1614 nəfəri 35-39 yaşlı, 1095 nəfəri 40-44 yaşlı, 781 nəfəri 45-49 yaşlı, 503 nəfəri 50-54 yaşlı, 286 nəfəri 55-59 yaşlı, 173-ü 60 və yuxarı yaşda olanlardır.
Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan qadınlar arasında 20-24 yaşlılar üstünlük təşkil edib. Ötən il 11916 nəfər 20-24 yaşlı qadın 5 ilədək davam edən nikahını ləğv etdirib.
Nikahları 5-9 il davam edən qadınlar arasında isə 25-29 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1644 qadın boşanıb.
Nikahları 10-19 il davam edən qadınlar arasında isə 30-34 yaşlılar çox olub. 2016-cı ildə 1014 nəfər 35-39 yaşlı qadın boşanıb.
Nikahları 20 il və daha çox davam edən qadınlar arasında isə 45-49 yaşlılar üstünlük təşkl edib. Keçən il 497 qadın 20 il və daha çox davam edən nikahına son qoyub.
MilliYol.Az
Digər xəbərlər
loading...