İyunun 10-da Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a yollanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərini yarıda kəsərək ölkəsinə geri qayıtmağa qərar verdiyi ilə bağlı xəbər yayılıb.
Məlumatda bildirilir ki, mərasimdə Ərdoğana qarşı nalayiq hərəkət edilib. Belə ki, əfsanəvi boksçunun məzarı üstünə Kəbə örtüyündən bir parça qoymaq istəyən prezidentə rədd cavabı verilib. Bunu özlərinin edəcəklərini deyərək parçanı Ərdoğandan alıblar.
Ərdoğan və Din naziri Mehmet Görmezin Qurani-Kərimi oxumaq istəyinə də etiraz edən dəfnin təşkilatçıları Türkiyə prezidentinə qarşı hörmətsizlik edib. Türkiyə lideri baş verənlərdən dolayı səfərini yarıda qoyaraq geri qayıdıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan ABŞ səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Prezident əslində hadisənin başqa cür cərəyan etdiyini söyləyib: “Mərhum Məhəmməd Əli bizim üçün önəmli şəxsiyyətdir. Vəfat etdiyi ilə bağlı xəbəri eşidəndə onun cənazəsinə qatılmağımızın vacib olduğunu düşündük. Luisvilldə mərhum Məhəmməd Əlinin cənazə namazını qılaraq dini vəzifəmizi yerinə yetirdik. Orada siyali liderlərin iştirakına dair məlumat verilməmişdi. Əgər elə olsaydı, orada qalıb ikitərəfli siyasi görüşlər keçirərdim. “Ölkəmiz həssas bir dönəmdədir, orada həddindən çox görməli işlərimiz var” deyə düşünərək Türkiyəyə qayıtdıq”.
Qeyd edək ki, Məhəmməd Əli iyunun 4-də tənəffüs yollarında yaranmış problemə görə dünyasını dəyişib.
MilliYol.Az
Digər xəbərlər
loading...