İki gün əvvəl axşam saatlarında Əzizbəyov kanalının Biləsuvar rayonundan keçən hissəsində boğulmuş, yeni çəkilən Ələt-Astara yoluna İmişlidəki karyerdən çınqıl daşıyan “Shagman” markalı yük maşınının sürücüsünün cəsədi indilərdə tapılıb
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 26 yaşlı Qobustan rayon sakini Nağıyev Elvin Oqtay oğlunun cəsədi çimərkən batdığı yerdən 50 kilometr aralıda - Biləsuvar rayonunun ərazisində yerli sakinlər tərəfindən aşkar edilərək sudan çıxarılıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...