“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Zorakılığa “YOX” deyək - Ailəmizi qoruyaq!” məişət zorakılığıyla bağlı maarifləndirmə işinin təşkili ilə bağlı Ağdaş və Yevlaxda tədbirlər keçirilib
Layihənin əsas məqsədi “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı maarifləndirmə işi aparmaq və bu sahədə yaranan problemləri üzə çıxarmaqdan ibarət olub.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zorakılığa “YOX” deyək - Ailəmizi qoruyaq!” məişət zorakılığıyla bağlı maarifləndirmə işinin təşkili” adlı layihəsi çərçivəsində Ağdaş (25-26.07.2017) və Yevlax (27-28.07.2017) rayonlarında seminar-tədbirlər təşkil olunaraq keçirilib.
Layihə rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə, layihənin ilkin mərhələsində mövzuyla bağlı uyğun araşdırmalar aparılıb. Aparılan ilkin araşdırmalardan məlum olub ki, hələ də ailələrimizdə kiçik ailədaxili münaqişələr məişət zorakılığına gətirib çıxarır.
Layihənin icra planına əsasən keçirilən seminarda hər rayondan 30 nəfər olmaqla 60 nəfər qadınlar iştirak ediblər. Ağdaşda keçirilən seminarda Ağdaş Rayon İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Qalib Həsənov və şöbənin əməkdaşı Fədai Abdullayev iştirak ediblər. Seminarı beynəlxalq dərəcəli ekspert, eyni zamanda layihə üzrə ekspert Nəzakət Balabəyova aparıb. 2 gün ərzində keçirilən seminar iştirakçı qadınlarla müzakirələrlə davam edib.
İştirakçılar ətraflarında (qohumda, qonşuda və s.) baş verən məişət zorakılığıyla bağlı hadisələrdən nümunələr gətirərək aktivlik nümayiş etdiriblər. Tam səmimi şəraitdə keçən müzakirələr çay süfrəsi ətrafında davam edib.
Layihə çərçivəsində mövzuya uyğun olaraq qanunun təbliği ilə bağlı xüsusi kitabça və bukletlər iştirakçılara paylanılıb. Tədbirin sonunda iştirakçılara hədiyyələr təqdim olunub. Layihə çərçivəsində Yevlaxda keçirilən tədbirlərdə qadınlarla bərabər əks cinsin namyədələri də iştirak ediblər ki, bu da gözlənilməz hal olub.
Tədbirin mövzusu ətrafında keçirilən müzakirələrdə aktiv iştirak edən kişilər məişətdə baş verən zorakılıqlara öz münasibətlərini bildiriblər və bunu kəskin şəkildə pisləyiblər.
Qeyd edək ki, layihənin icra müddəti 4 ay (15.04.2017 - 15.08.2017) təşkil edib.
MilliYol.Az
Digər xəbərlər
loading...