NATO-ya üzv ölkələrin ordularının nümayəndələri avqustun 24-ü Ukraynanın müstəqilliyinin il dönümü münasibəti ilə Kiyevdə keçiriləcək hərbi parada qatılacaq
MilliYol.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib.
Bu il bizim tərəfdaşlarımızın böyük əksəriyyəti Ukraynanın müstəqillik günü ilə bağlı paradda iştirak etmək istədiklərini bildirdi. Alyansın silahlı qüvvələrinin nümayəndələri bizimlə birgə olacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Kiyev NATO-ya üzv 29 ölkədən iştirakçı qəbul etməyə hazırdır. Hələlik altı ölkə öz iştirakını təsdiqləyib. Xarici qonaqlarla yanaşı, hərbi paradda təxminən 4,5 min Ukrayna hərbçisi iştirak edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...