“İndoneziya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”
MilliYol.AZ APA-ya istinadən xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fenani deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin ilin sonunda İndoneziyaya səfəri gözlənilir: “Əslində səfər ilin əvvəli olmalı idi. Lakin Azərbaycanda keçirilən müəyyən tədbirlər səbəbi ilə səfər təxirə salındı. Ümid edirik ki, səfər baş tutacaq. İndoneziya Azərbaycanın dostu və qardaşıdır və bu münasibətlərin yüksəlişi üçün əlindən gələni edir”.
Səfir əlavə edib ki, iki ölkə arasında iqtisadi əlaqələr də yüksək səviyyədir: “İndoneziya Azərbaycandan 2,4 milyard dollar həcmində neft alır. Bu, o deməkdir iqtisadi münasibətlər ildən ilə inkişaf edir”.
Diplomat bəyan edib ki, Dağlıq Qarabağ məsələsində İndoneziya Azərbaycanı hər zaman dəstəkləyir və dəstəkləyəcək. O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.
MilliYol.Az
Digər xəbərlər
loading...