Azərbaycanda sosial layihələrin maliyyələşdirilməsi daim ön plandadır
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dövlətin sosial siyasətinin mərkəzində ölkə vətəndaşının dayandığını hər zaman açıqlayıb.
Azərbaycanda sistemli şəkildə sosial layihələrin həyata keçirildiyini deyən B.Sadıqov bildirib ki, bu layihələr insanların bütün qruplarını əhatə edir: “Azərbaycanda qaçqın və məcburi köçkünlər, əlillər, sosial müdafiəyə ehtiyacı olan insanlar, təqaüdçülər, şəhid ailələri üçün müxtəlif layihələr həyata keçirilir, onlar üçün dövlət hesabına evlər tikilir. Bu sosial layihələr yalnız Bakını deyil, bütün regionları əhatə edir”.
B.Sadıqov deyib ki, hazırda kəndlərin içməli su ilə təminatı və kanalizasiya şəbəkəsinin qurulması üçün işlər həyata keçirilir: “Hələlik su çəkilməsi mümkün olmayan yerlərdə sutəmizləyici qurğular quraşdırılır ki, insanlar içməli su ilə təmin olunsunlar”.
Deputat əlavə edib ki, çox mühüm sosial layihələrdən biri də uşaqların ildə bir dəfə məcburi şəkildə tibbi müayinələrdən keçirilməsi ilə bağlıdır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda idmanla, gənclərin asudə vaxtının təşkili ilə bağlı da bir sıra layihələr həyata keçirilir, eyni zamanda bu layihələr yeni iş yerlərinin açılmasına xidmət edir.
MilliYol.Az
Digər xəbərlər
loading...