«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya yarımadasına atom aviadaşıyıcısı göndərə bilər
Seul və Vaşinqton Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları keçirmək ehtimalı ilə bağlı bu imkanı nəzərdən keçirir.
Bu məqsədlə sözügedən sulara «Karl Vinson» və ya «Ronald Reyqan» aviadaşıyıcılarının göndərilməsi imkanlarına baxılır.
«Bizim məlumatımıza görə, Pxenyan avqustda böyük ehtimalla, yeni strateji provokasiya törədə bilər – nüvə və ya qitələrarası ballistik raket sınaqları həyata keçirə bilər» – deyə, Koreya Respublikası qərargah rəisləri Komitəsinin nümayəndəsi «TASS» agentliyinə danışıb.
Bundan başqa, nümayəndənin sözlərinə görə, avqustun sonunda Cənubi Koreya və ABŞ birgə «Ulchi Freedom Guardian» hərbi təlimləri keçirəcəklər.
Xatırladaq ki, iyulun 28-də Şimali Koreya növbəti raket sınaqları keçirib, raket Yapon dənizinə düşüb.
MilliYol.Az
Digər xəbərlər
loading...