Xəbər verdiyimiz kimi, Türkiyə "Eurovision 2018"də iştirak etməyə qərar verib
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu xəbərin ardından 2010-cu ildə ölkəsini müsabiqədə təmsil etmiş "Manga" qrupu Tvitterdə "Eurovision? Yenə yenidən..." mesajını paylaşıb.
Bu, onların ikinci dəfə yarışmaya qatılacağı kimi şərh edilib. Yayılan xəbərlərdən sonra diqqətsizlik etdiklərini deyən qrup açıqlama yayıb:
"Belə təklif almamışıq. Sadəcə ölkəni təmsil edən bir qrup olduğumuz üçün bu xəbər bizi sevindirdi".
Ehtimallara görə, ölkəni təmsil edəcək ifaçının adı növbəti ilin əvvəlində açıqlanacaq.
Qeyd edək ki, Türkiyə 2012-ci ildən sonra "Eurovision"da iştirakdan imtina etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...