İyunun 4-də YAP rayon təşkilatının inzibati binasında 5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları respublikamızda meliorasiya və su təsərrüfatının inkişafında müstəsna xidmətləri olmuş ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül- çiçək düzüblər.
Toplantını giriş sözü ilə Kür Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev açaraq yığıncaq iştirakçılarını təbrik etmiş, meliorasiya və su təsərrüfatının inkişafına yönəldilən iri layihələrin uğurla həyata keçirilməsindən danışmışdır. Tədbirdə Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Alim Mürşüdov, Su- Kanal idarəsinin rəisi Xaləddin Şahbazov, Mexaniki Suvarma idarəsinin baş mühəndisi Vahid Əhmədov, Meliorasiya İdarəsinin şöbə rəisi Əlisafa Əsgərov çıxış ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yığıncaqda çıxış edərək melioratorları peşə bayramı münasibətilə təbrik etmiş və onlara səmimi arzularını çatdırmışdır. Rayon rəhbəri qeyd etmişdir ki, meliorasiya və su təsərrüfatı işçilərinə qayğı və diqqətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Meliorasiya və su təsərrüfatı bir sistemdir. Həyat nə qədər var, bu sistem mövcud olacaq. Aqrar sahənin inkişafında torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında, ərzaq bolluğunun yaradılmasında, meliorasiya və su təsərrüfatı işçilərinin böyük əməyi vardır.
Səmərəli fəaliyyətinə görə bir qrup meliorasiya və su təsərrüfatı işçisinə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin və «Azərsu» ASC-nin fəxri fərmanları təqdim olunub.
Toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...