Azərbaycanda yoxsulluqla mübarizə ciddi nəticələr verib, 2001-ci ildən ötən dövr ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşüb
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.
Deputat qeyd edib ki, son 14 ildə ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1,5 milyondan artıq yeni iş yeri açılib. Onların da 1 milyon 200 mini daimi iş yerləridir.
M.Quliyev bildirib ki, Azərbaycan dövləti sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin, o cümlədən qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə xüsusi həssaslıqla yanaşır.
M.Quliyev deyib ki, Azərbaycanın sosial dövlət quruculuğu strategiyasının ana xətti olaraq əhalinin sosial-mədəni ehtiyaclarının yüksək səviyyədə qarşılanması siyasəti nəzərdə tutulur. Bu xəttin reallaşması nəticəsində son 14 ildə ölkəmizdə 3000-dən çox təhsil müəssisəsi, 600-dən artıq tibb müəssisəsi ya yenidən tikilmiş, yaxud da əsaslı təmir olunaraq müasir avadanlıq və cihazlarla təchiz edilərək vətəndaşların istifadəsinə verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...