Rusiyada Başqırdıstanın Ufa şəhərində dəmiryol vağzalından 300-ə yaxın adam təxliyə edilib
Trend-in məlumatına görə, buna səbəb partlayış təhlükəsi olub.
Məlumata görə, Ufa polisinə vağzalda partlayıcı qurğu olması barədə zəng daxil olub.
Nəticədə təhlükəsizlik qüvvələri vağzala cəlb edilib. Binada axtarış aparıldıqdan sonra hər hansı bir təhlükənin olmadığı üzə çıxıb.
Axtarış başa çatdıqdan sonra vağzal adi rejimdə işini davam etdirib.
Anonim zənglə bağlı polis araşdırmalara başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...