Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkənin Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır
Trend-in məlumatına görə, bu barədə özbəkistanlı jurnalist öz “Facebook” yazıb.
Onun sözlərinə görə G.Kərimova təcridxananın 3-cü mərtəbəsində, VİP şəxslər üçün korpusda saxlanılır.
Qeyd edək ki, onun həbsi barədə iyulun 28-də ölkə Baş Prokurorluğunun Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə idarəsi xəbər yaymışdı.
Məlumata görə, G.Kərimova dələduzluqda, gömrük qanunvericiliyini pozmaqda, xarici valyuta gizlətməkdə, sənəd saxtalaşdırmaqda ittiham olunur.
Qeyd edək ki, onun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...