Zərdab rayonunda ali məktəblərə qəbul imtahanından 662 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbənin sevinci kədərə çevrilib
Sözügedən tələbə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Amma ailəsi imkansız olduğundan tələbə təhsil ala bilməyəcək.
Belə ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu yoxdur. Yaxın vaxtlarda bu problem həllini tapmasa, tələbə qız kənddə qalacaq və universitetdə təhsilini davam etdirməkdən məhrum olacaq.
Zərdab rayon İcra hakimiyyəti 662 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbə ilə bağlı məsələyə aydınlıq gətirib.
İcra hakimiyyətindən aznews.az-a verilən məlumata görə 662 bal toplayan Şirinova Aytən Şirin qızı rayonun Yarməmmədbağı kəndinin sakinidir:
"Hazırda bu məsələni araşdırırq. Bizə bu tələbənin problemi ilə bağlı müraciət olunmayıb".
Rayonun Yarməmmədbağı kənd orta məktəbinin direktoru Kamal Sultanov aznews.az-a açıqlamasında bildirib ki, Şirinova Aytən Şirin qızı bu il ali məktəblərə qəbul imtahanı verib və o 662 bal toplayıb:
"O, hələ ixtisas seçimi etməyib. Onun hansı ali məktəbə qəbul olacağı, hələ ki, məlum deyil".
MilliYol.Az
Digər xəbərlər
loading...