Müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) Bakı şəhər Baş Prokurorluğuna çağırılması barədə xəbər yayılıb. Məlumatda müğənninin prokurorluğa çağırılaraq dindirildiyi bildirilib.
"Qafqazinfo" məsələyə aydınlıq gətirmək üçün müğənni ilə əlaqə saxlayıb. Ş.Əsədova yayılan xəbərləri təkzib edib, ailəsi ilə birgə istirahətə getdiyini söyləyib:
"Cinayət törətməmişik, adam öldürməmişik, kiməsə şər atmamışıq. İndi ailəmlə birlikdə istirahətə gedirəm. Başqa nə ola bilər? Keçmişdə birinci həyat yoldaşımla müəyyən problemlər yaşanmışdı. Onun problemi özünə, bundan mənə nə? Məni çağırarlar, vəkilim bu işlə məşğul olar. Qanun, qayda var. Dərəlbəylik deyil ki? Camaat min dənə iş görür. Sadəcə olaraq, Şəbnəm gündəmdədir. Hamıdan gözəl və gəşəngdir, sözünü deyir, silləni bir dəfə vurub çıxır. Köhnə həyat yoldaşımla boşanmağımı, aramızdakı söz-söhbətləri ortaya atıblar. İndi ikinci həyat yoldaşım və ailəmlə çox xoşbəxtəm, istirahətə gedirəm. Yalandan reytinq xətrinə məlumatlar yaymasınlar, ayıbdır".
Qeyd edək ki, qafqazinfo-nun yaydığı məlumata görə, məşhur xanım müğənni Şəbnəm Tovuzlu qadın alveri ittihamı ilə MTN-ə aparılıb. İddia olunur ki, müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib.
Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra "Qafqaz MTK"nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun "krışa"lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...