"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Dubay reysini həyata keçirən "Airbus A320" sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca aeroportuna məcburi eniş edib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Qeyd olunub ki, yerli vaxtla saat 09:00-da Bakıdan havaya qalxan təyyarə saat 11:55-də Dubay aeroportuna eniş etməli idi. Lakin mühüm dövlət tədbirinin keçirilməsi ilə əlaqədar olaraq, Dubay aeroportu reyslərin qəbulu üçün bağlanıb. AZAL-ın təyyarəsi havada bir neçə dairə vurduqdan sonra Şarca limanına enməyə icazə alıb.
Quşlar Bakı-İstanbul reysini gecikdirdi
Yaxın dəqiqələrdə sərnişinlərin avtobusla Dubaya yola salınacağı deyilir.
Qeyd edək ki, Şarca hava limanı Dubaydan 15 km məsafədə yerləşir.
MilliYol.Az
Digər xəbərlər
loading...