Meksikada son 7 ayda 9 jurnalist öldürülüb
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən gün “Aşağı Kaliforniya ştatının Rosarito şəhərində CNR telekanalının reportyoru Luçano Rivera güllənərək, qətlə yetirilib.
Yerli bələdiyyənin İctimai təhlükəsizlik idarəsindən bildirilib ki, Rivera gecə klublarından birində ziyarətçilərlə mübahisə zamanı öldürülüb.
Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Onların taksiyə oturaraq, Meksika-ABŞ sərhədinə doğru hərəkət ediblər. Maşın və taksi sürücüsü saxlanılıb. Avtomobildən odlu silah aşkar edilib.
Rivera bu il öldürülən 9-cu jurnalistdir. Bir müddət əvvəl oğurlanan Salvador Adam adlı jurnalistin yandırlımış meyitinin qalıqları aşkar olunmuşdu. Sinaloa ştatının Kuliakan şəhərində narkotik maddələrin satışını işıqlandıran Xaver Valdes də qətlə yetirilib.
Meksika Jurnalist Cəmiyyətinin məlumatına görə, 2000-ci ildən etibarən ölkədə KİV-in 120 əməkdaşı öldürülüb, 20-si itkin düşüb, təxminən 50 dəfə informasiya vasitəsinin yerləşdiyi binaya hücum edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...