Dünyanın ən çox izlənən serialı "Game of Thrones"un ("Taxt oyunları") növbəti seriyasının ssenarisi yayılıb
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, serialı yayımlanan HBO telekanalı haker hücumuna məruz qalıb. Kanal rəsmi açıqlamasında bunu təsdiqləyib və "Game of Thrones"la yanaşı "Ballers" və "Room 104" adlı serialların da ssenarisinın oğurlandığını bildirib.
İddialara görə, hətta bu mövsümün bütün seriyalarının ssenarisi oğurlanıb. Təkcə yazı şəklində deyil, videoların da qısa zamanda yayımlanacağı gözlənilir.
Şayiələrə görə qarşıdakı seriyalarda bu hadisələr baş verəcək:
"Bütün uşaqları ölən, Vesterosun kraliçası Sersi qardaşı Ceymi ilə insest münasibətindən növbəti dəfə hamilə qalacaq.
İlk dəfə üz-üzə gələn Con Snou və Deneris Tarqaryen arasında romantik münasibət başlayacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...