Bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunub. Hətta ola bilər ki, müəyyən yerlər boş qalsın
MilliYol.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edən M.Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda, demək olar ki eyni qalıb, IV qrupda isə 3,5 faiz azalıb.
DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq: "Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan olunacaq. Bu da avqust ayının 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-na kimi olmasını nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra, avqustun 20-dən 30-na qədər ali məktəblərə qeydiyyat aparılacaq. I mərhələnin qeydiyyatı avqustun 15-dən 25-ə qədər aparılacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...