Bakının Nəsimi rayonunda qəza zamanı hamilə qadının körpəsi tələf olub
“Report” xəbər verir ki, qəza Xan Şuşinski küçəsində qeydə alınıb.
Əhmədov Mansur idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə dönmə əməliyyatı edərkən arxadan gələn "Range Rover" ona çırpılıb. Zərbənin təsirindən "VAZ"da olan 1984-cü il təvəllüdlü Lanskix Yelena Aleksandrovna bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, hamilə qadın qəza zamanı qarın nahiyəsindən ağır xəsarət alıb və uşağı tələf olub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...