Neftçala rayon, Bankə qəsəbəsinin sakini, şəhid Vaqif Ağayevin həyat yoldaşı Ağayeva Rəna Süleyman qızı prezident İlham Əliyevə şikayət məktubu yazıb. Şahid xanımı rayonun icra başçısı İsmayıl Vəliyevdən şikayətçidir. MilliYol.Az Rəna Ağayevanın şikayət məktubunu dərc edir:
"Hörmətli Prezident!
Mən gənc yaşlarımda ömür-gün yoldaşım Vaqifi Qarabağ müharibəsində itirmişəm. Ondanyadigar qalan oğlum da Kür çayında boğularaq vəfat etdi. Özüm hərbi şəhərcikdəki evdə məskunlaşmışam. Maddi vəziyyətim çox aşağıdır. Dəfələrlə Neftçala rayon İcra Hakimiyyətinin başçısına evimin təmirə ehtiyacı olması ilə bağlı müraciət etmişəm. Amma mənə heç bir köməklik edən olmayıb. Əksinə, orda məni təhqir etdilər və bir də buralara gəlməməyi əmr etdilər. Atalar demişkən, acın toxdan xəbəri olmaz. Əlbətdəki, başçımız özü üçün restoran, otel, bazar, çoxlu ticarət obyektləri tikdirəndə, rayonun 1000 hektarlarla əkinə yararlı torpaq sahələrini zəbt edəndə, mənim kimilərdən xəbəri olmaz. Ümumiyyətlə, Neftçalada şəhid ailələrinə və müharibə veteranlarına münasibət bərbad vəziyyətdədir.
Xahiş edirəm, öz çıxışlarınızda və insanlarla görüşlərdə söylədiyiniz ibrətamiz sözləri bunların yadına bir daha salasınız. Siz demişdiniz: "Biz xalqın xidmətçiləriyik, xüsusilə mən bir nömrəli xidmətçiyəm və sizləri bu vəzifəyə mən təyin edirəm, mən də uzaqlaşdıra bilərəm".
MilliYol.Az
Digər xəbərlər
loading...