Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir. Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb.
Belə şəxslərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Vaxtilə, Hesablama Palatasının sədri olan Heydər Əsədov digər komanda üzvlərindən fərqli olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı. Ancaq nəqliyyat naziri Ziya Məmmədovla quda olan və sonradan nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başlayıb.
Nazirin bu yaxınlarda yeni villa aldığnı öyrəndik. Bununla bağlı məlumat verən mənbə Heydər Əsədovun aldığı villanın fotosunu da təqdim edib. Bakının “Milyonerlər Məhəlləsi” adlanan məkanda olan villanı Heydər Əsədovun 6 milyona aldığı bildirilir.
Məlumatda qeyd olunur ki, artıq nazir Bakının Səbail rayonundakı (“Torqovı” adlandırılan - red.) mənzilindən yeni villasına köç edib.
Rəşadət Tağıyev
MilliYol.Az
Digər xəbərlər
loading...