Gəncədə oğurluqla məşğul olan şəxslər tutulub
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də şəhər ərazisindəki evlərdən birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların mart-iyul ayları ərzində şəhər ərazisindəki 5 evdən məişət əşyaları və inşaat materialları, həmçinin 2015-2016-cı illər ərzində şəhər ərazisindəki 1 mağazadan və 1 evdən məişət əşyaları, inşaat materialları, tütün məmulatı və spirtli içki oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...