Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun 112-ci km-də Bakı şəhər sakini, 24 yaşlı Rübabə Əliyevanın idarə etdiyi “KİA” markalı avtomobil aşıb.
Qəza nəticəsində maşında olan sərnişin, sürücünün anası, 55 yaşlı Sənəm Əliyeva ölüb. Sürücü isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...