“Rusiyanın cinayətkar rejimlərə dəstəyi qəbuledilməzdir”
“Rusiyanın pozucu fəaliyyəti, xüsusinə Ukraynada törətdikləri qəbuledilməzdir”.
“Amerikanın səsi”nin verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniyada jurnalistlərə açıqlamasında bildirib. M. Pens Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə sualı cavablandırıb: “Prezident Tramp aydın şəkildə bəyan etdi ki, Rusiyanın pozuculuq hərəkətləri, Ukraynada törətdikləri və cinayətkar rejimlərə dəstəyi qəbuledilməzdir.
Prezident bu cür hərəkətlərə qarşı yönəlmiş və Konqres tərəfindən qəbul olunmuş sanksiyalar haqda qanun layihəsini imzalayacağını bildirib. Bununla yanaşı, biz gözləyirik ki, Rusiyanın davranışı dəyişəcək. Prezident və mən çox ümid edirik ki, Rusiya hökumətinin Ukraynaya münasibətdə, eləcə də İran və Şimali Koreyanın cinayətkar rejimlərini dəstəkləmək yönündə mövqeyi dəyişəcək”.
Qeyd edək ki, bu gün M. Pens Gürcüstana səfər edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...