Müğənni Elariz Məmmədoğlu gənclərin onun haqqında dediyi “qatarı gedib” sözlərinə cavab verib
Axşam.az-ın məlumatına görə, “ATV maqazin onlarla”ya danışan ifaçı bunları deyib:
"Qatarım gedibsə, bəs niyə məni hələ də zəng edib toylara çağırırlar? Birincisi, ən gənc insan mən elə özüməm. Qocalanda özüm deyəcəyəm ki, qocalmışam. Mən hələ indi həvəslənirəm ki, yeni-yeni mahnılar, hitlər yazdırım. Qalmaqalla gündəmə gəlmək istəyirlər. Amma gündəmdə qalmaq üçün ən yaxşı vasitə elə mahnılar yazdırmaqdır”.
Elariz özünü toy müğənnisi adlandıranları da qınayıb:
“15-20 il əvvəl 5-6 nəfər toy müğənnisi var idi. Biz özümüz elan eləmişdik ki, toy müğənnisiyik, digərləri də bunu qəbul etmişdi. İndi hər yerindən duran deyir, toy müğənnisiyik. 3 nəfər yığışıb bir qrup yaradıb, deyir toylara gedirik. Ay bala, siz toya getmirsiniz, toyu pis günə qoyursunuz . Siz aparan toylara sonra bizi dəvət edirlər ki, gəlin siz oxuyun. Toyun gedişatı, onu aparmağın metodikası var. Toyda hər nə gəldi oxumaq olmaz”.
MilliYol.Az
Digər xəbərlər
loading...