Səudiyyə Ərəbistanda vəhhabi şeyxi Nasir Əlömər Suriya terrorçu hərbçilərinin öz bacıları ilə nikah cihadını halal edib
Publika.az xəbər verir ki, şeyxin sözlərinə görə, şiələrə qarşı döyüşdə hərbçilərə haram heç bir şey yoxdur.
O, bu barədə "Əlvüsal vəhabi" portalına verdiyi eksklusiv müsahibəsində bildirib.
Şeyx hesab edir ki, döyüş zamanı hərbçilər nikah cihadında fəaliyyət göstərən qadın tapmasalar, öz bacıları ilə nikaha girə bilərlər. Nasir Əlömər onu da əlavə edir ki, Suriya, şiələr və şiə dövlətləri zalımdır, eyni zamanda onlar islamla daim müharibədədirlər.
Qalmaqallı açıqlamaları ilə gündəmə gələn şeyxin qənaətinə görə, hərbçilərin xeyrinə olan fətvaları tənqid edənlər nədənsə şiələr tərəfindən öldürülən uşaq və qadınlar haqqında susurlar!
Xatırladaq ki, Əlömər əvvəlki fətvasında şiə qadınlarını qul edib terrorçulara verilməsini də doğru hesab etmişdi. Səudi şeyxinin bu fətvası ilk hay-küylü seksual fətva deyil.
MilliYol.Az
Digər xəbərlər
loading...