Azərbaycan millisinin və “Kəpəz”in sabiq futbolçusu Faiq Cabbarov həbs olunub.
MilliYol.Az "Futbol+"a istinadən xəbər verir ki, polis futbolçunu onunla bağlı çoxsaylı şikayət ərizələrindən sonra həbs edib.
Cabbarov bir neçə şəxsdən külli miqdarda borc alıb qaytarmamaqda ittiham olunur.
Xatırladaq ki, bir müddət əvvəl Cabbarovun ölüm xəbəri yayılmışdı. Sonradan məlum olmuşdu ki, veteran futbolçu sağdır və Samuxdakı fermaların birində çalışır. Onun normal həyata qayıdacağı, “Kəpəz”də məşqçilik edəcəyi deyilirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...