Vaşinqton PKK terror təşkilatının Suriya qolu olan PYD-ni silahlandırmasqda davam edir
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, son həftə ərzində İraqdan Suriyanın Rakka şəhərinin şimal hissəsinə hərbi texnika və silah yüklənmiş 180 yük maşını gəlib.
“İyulun 22-də Hasekeyə İraqdan 100 yük maşını gəlib. 27 iyulda isə daha 80 maşın”, - AA əməkdaşları bildirir.
Konvoylar qapalı yük maşınlarından, şəxsi heyətin daşınması üçün maşınlardan və zirehli transportyorlardan ibarətdir.
PYD terrorçularına iyunun 5-də 60 yük maşını, silah gətirilib. İyunun 12-də Suriyanın şimalına daha 20 yük maşını, iyunun 16-da 50, 20 və 26 iyunda ümumilikdə 120 silah dolu TIR avtomobili gəlib. İyulun 5-də Suriya ərazisinə silah dolu 82, iyulun 9-da 102, iyulun 13-də 95, iyulun 17-də 100 - cəmi 629 yük maşını gəlib.
MilliYol.Az
Digər xəbərlər
loading...