Modelyer Şəlalə Maqsudova xalq artisti Aygün Kazımovanın onu hədələdiyini deyib
Axşam.az-ın məlumatına görə, A.Kazımova modelyerin 9 ay əvvəl onun qızı İlqarə Kazımovaya tikdiyi paltarı geyinərək çəkdirdiyi şəkli İnstaqram səhifəsində paylaşıb. Lakin paltarın dizayneri olaraq Şəlalə Maqsudovanın yox, Rüfet İsmayılın adını qeyd edib.
Bu isə Ş.Maqsudovanı özündən çıxarıb. O bildirib ki, bu hadisə ona pis təsir edib:
“Aygün Kazımovanın İnstaqram səhifəsini izləmirəm. İlqarə üçün tikdiyim paltarı sosial şəbəkədə paylaşdım. Mənə dedilər ki, Aygün xanım həmin geyimdə fotosessiya edib və şəklin altında başqa dizaynerin adını yazıb. Mənə ultimatum göndərirlər ki, bu paltarın şəklini öz səhifəmdən silim. Niyə öz əllərimlə tikdiyim paltarı paylaşmamalıyam? Niyə başqası mənim tikdiyim paltarı öz adına çıxmalıdır? Aygün Kazımovanın oxuduğu mahnını başqası ağzını tərpədib oxusa və desə ki, mənimdir, ona necə təsir edər? Haqqıma girənlərə isə haqqımı halal eləmirəm”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...