İnternetdə Rusiyanın sonuncu imperatoru 2-ci Nikolayın nadir səs yazısı yayılıb
MilliYol.AZ Strateq.az-a bildirir ki, mühafizə edilmiş bu səs yazıları 20-ci əsrin əvvələrində vala yazılıb. Təqdim etdiyimiz ilk səs yazısı çar 2-ci Nikolayın 1901-ci ildə Fransaya rəsmi səfəri zamanına aiddir. . Bu səsyazısında ilk olaraq tədbiri aparan şəxs çıxış edir və söz demək üçün çar 2-ci Nikolayı dəvət edir. Parisdə fransız dilində çıxış edən imperator isti qarşılanmaya görə təşəkkür edir. Nikolayın çıxışı 0.14-cü saniyədən başlayır və 1.07-ci dəqiqədə bitir.
İmperatorun fransız dilində səlis danışması diqqəti çəkir.
İkinci səs yazısı 1910-cu ildə Peterburqda çarın doğum günü ilə bağlı keçirilmiş hərbi parad zamanı yazılıb. Burada imperator parada görə, əsgərlərə təşəkkür edir. Nikolay əsgərlərə “Qardaşlar” deyə xitab edir.
Çar 2-ci Nikolay Rusiyada baş vermiş 1917-ci ilin fevral burjua inqilabı nəticəsində taxdan devrilib. 1918-ci ilin iyul ayında Yekatrinburq bolşevik təşkilatının qərarı ilə çar Nikolay və ailəsi vəhşicəsinə güllələnib. Onun həyat yoldaşı, 3 qızı və 9 yaşlı xəstə oğlu öldürülüb.
Bu qətl Rusiya siyasi tarixində ən çox müzakirə olunan və birmənalı qarşılanmayan mühakimə sayılır.
MilliYol.Az
Digər xəbərlər
loading...