Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb
Saxlanılan şəxslərin hamısı Orta Asiya ölkələrinin vətəndaşlarıdır.
Onlar dəmiryolu nəqliyyatında və insanların sıx toplaşdığı yerlərdə terror aktları həyata keçirmək istəyib. Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, müvafiq əməliyyat-istintaq işləri aparılır.
Rusiya Baş Prokurorluğun məlumatına görə, bu ilin ilk yarısında hüquq-mühafizə orqanları 12 terror aktının qarşısını alıb. Qeyd edək ki, apreldə Sankt-Peterburq metrosunda baş verən terror nəticəsində 16 nəfər ölüb. Partlayış zamanı bir azərbaycanlı ölüb, digəri isə yaralanıb.(APA)
MilliYol.Az
Digər xəbərlər
loading...