Hesablama Palatası açıqladı
Bu ilin altı ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Fond) vəsaiti ilin əvvəlinə nisbətən 1643,9 milyon ABŞ dolları (büdcədənkənar gəlirlər 1288,8 milyon ABŞ dolları daxil olmaqla) və ya 4,96 faizə qədər artaraq 34790,9 milyon ABŞ dolları təşkil edib.
bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci ilin yanvar-iyun aylarında icra edilmiş büdcəsinin təhlilində bildirilir. 2017-ci ilin 6 ayı ərzində Dövlət Neft Fondunun gəlirlərinin ümumi həcmi 6127,2 milyon manat və yaxud 3504,7 milyon ABŞ dolları təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8370,6 milyon manat) 73,2 faiz səviyyəsində yerinə yetirilib. Fondun xərcləri isə 5533,8 milyon manat və ya 3149,6 milyon ABŞ dolları təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14483,9 milyon manat) 38,2 faiz səviyyəsində icra edilib.
Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1288,8 milyon ABŞ dolları təşkil edib, həmin dövr ərzində isə ABŞ dolları ifadəsilə fondun büdcədənkənar xərcləri olmayıb.
2017-ci ilin ilk yarımilliyində fondun investisiya portfelinin gəlirliyi 1,12 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur.
Gəlirliyin artımını xərclərin nəzərdə tutulmuş məbləğə qarşı az icra edilməsi və səhm yatırımları üzrə gəlirliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olması ilə əlaqələndirmək olar.
Fondun ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2 faiz icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 ABŞ dolları həcmində proqnozlaşdırılmasına baxmayaraq 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53,0 ABŞ dolları təşkil etməsi olub.
Ümumilikdə isə manat ifadəsilə fondun vəsaitləri bu il iyulun 1-nə 57474,2 milyon manat təşkil edib.
Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2 faiz icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7500,0 milyon manat) 32,7 faiz az icra edilməsi ilə (2448,3 milyon manat) əlaqələndirmək olar.
Fond tərəfindən 2017-ci il üçün dövlət büdcəsinə 6100,0 milyon manat məbləğində nəzərdə tutulmuş transfert cari ilin altı ayı ərzində 2991,0 milyon manat və ya 49,1 faiz səviyyəsində icra edilib. (AZƏRTAC)
MilliYol.Az
Digər xəbərlər
loading...