Son 10 ildə Azərbaycanda viruslu hepatit xəstələrinin sayı azalıb
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyanın sədri Murad Məmmədov bildirib ki, Azərbaycanda hepatitlərlə bağlı son 10 ildə epidemioloji vəziyyət eynidir.
Onun sözlərinə görə, Azərbaycanda hepatitli xəstələrin sayının çox olması ilə bağlı yayılan məlumatlar şayiələrdir. M.Məmmədov qeyd edib ki, ölkədə hepatit infeksiyasının yayılması orta səviyyədədir: “Qan köçürmə xidmətindən komissiyaya məlumat verilib ki, təxminən 300 min təmənnasız donor hepatitə qarşı müayinə olunub. Onların arasında hepatit B 2%, hepatit C isə 1,95% təşkil edir. Ölkədə bu infeksiya ilə xəstələnmə göstəricisi olduqca aşağıdır. Bir neçə il öncə B hepatiti ilə xəstələnmə göstəricisi 3,5% idisə, bu gün 2%-dir. Azərbaycanda 2006-cı ildən bu virusa qarşı vaksinasiya aparılır, epidemiyaya qarşı tədbirlər görülür. Aparılan epidemik tədbirlər öz müsbət nəticəsini göstərir və nəticədə hepatitə yoluxma xeyli azalıb”.
Komissiya sədri qeyd edib ki, bu virusun yayılma və xəstələnmə göstəriciləri fərqlidir. Çox insanlarda bu xəstəliyin gizli keçdiyini deyən M.Məmmədov qeyd edib ki, hepatit B əsasən cinsi yolla və stomatoloji xidmətlər zamanı yoluxur: “Hepatit C isə praktik olaraq cinsi yolla keçmir, əsasən qan köçürmə, stomatoloji və digər vasitələrlə keçir. Hepatit B nəzarət edilən virusdur, C virusuna isə nəzarət etmək nisbətən çətindir. Hepatit B və İİV virusuna eyni anda yoluxmaq mümkündür, bu isə iynə ilə narkotik istifadəçilərində daha çox müşahidə edilir. Hepatit virusunun müalicəsi var, amma onun tam sağalmasına zəmanət yoxdur. Hepatitlər sonda əsasən qaraciyər xərçəngi və qaraciyər serrozu ilə nəticələnir”.
MilliYol.Az
Digər xəbərlər
loading...