81 yaşlı atasını amansızlıqla öldürən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimovun sədrlik edib.
Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, ata ilə oğul arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. İlyas Mehdiyev atasından evi satmasını tələb edib. Uzun müddət ata ilə oğul arasında söz-söhbətlər sonda dəhşətli cinayətlə nəticələnib. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.
Hadisə baş verən gün maşını ilə evə gələn İlyas qapını döyərkən içəridən bağlı olduğunu bilib. O, atasının evdə olduğunu və yatdığını bilib. İlyas daha sonra maşınından benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası qapını açıb. Eyni mövzu üstündə tərəflər arasında mübahisə başlayıb. İlyas butulkada olan benzini atasının üstünə tökərək onu yandırıb. Evi də yandırmaq istəyən İlyas benzinin qalanını evə tökərək od vurub. Bundan sonra İlyas evi tərk edib.
Məhkəmədə söz verilən İ.Mehdiyev ittihamla özünü təqsirli bildiyini deyib.
Əlavə söz demək istəməyən İ.Mehdiyev "Hər şey göz qabağındadır. Açıq və aydındır" deyərək əməlini etiraf edib.
Məhkəmənin növbəti iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 31-də baş verib.
Yayılan ilkin məlumat belə idi ki, cinayəti törədən 31 yaşlı İlyas Mehdiyev hadisəni törədən zaman içkili olub. O, atası İmdad Mehdiyevdən pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğul arasında davası düşüb. Sonda da dəhşətli qətl baş verib.
Bildirək ki, mərhum 81 yaşlı İmdad Mehdiyev digər oğlu Mehdi Mehdiyevdir. O, Əfv etmə komissiyasının üzvü, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədridir.
İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsullaadam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etməvə ya zədələmə) maddələri ilə təqdirli bilinir.
MilliYol.Az
Digər xəbərlər
loading...