ABŞ Prezidenti Donald Tramp ilin ikinci rübünə olan maaşını Təhsil Departamentinə hədiyyə edib
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözcüsü Sara Sanders deyib.
Donald Trampın təhsil departamentinə hədiyyə etdiyi əmək haqqının məbləği 100 min dollar həcmində olacaq. Departamentin rəhbəri Betsi Devosun sözlərinə görə, hədiyyə olunan vəsait Təhsil Departamenti tərəfindən təşkil olunan elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə düşərgələrə sərf olunacaq.
Qeyd edək ki, seçkiqabağı təbliğat kampaniyası zamanı Donald Tramp qalib gələcəyi halda əmək haqqı istəmədiyini bildirmişdi. ABŞ prezidenti postuna sahib çıxan Donald Tramp ilin ilk rübünə olan əmək haqqını isə ölkənin Daxili İşlər Departamentinə hədiyyə etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...