Andrey Rezçikov, Dmitri Aleksandrov
vz.ru, 26.07.2017
Postsovet məkanının ən xoşagəlməz xadimlərindən biri, bir ölkənin keçmiş prezidenti və bir başqasında hakimiyyətə keçmiş namizəd Mixail Saakaşvili gələcək siyasi karyeraya bütün şanslardan qəflətən məhrum olub. Bundan belə onun Ukrayna vətəndaşlığı ləğv olunub, Gürcüstan isə hələ bir neçə il qabaq onu vətəndaşlıqdan edib. Poroşenko niyə keçmiş silahdaşından qurtulmaq qərarına gəlib?
Mixail Saakaşvilinin Ukrayna pasportu çərşənbə günü axşam Kiyevdə siyasi oyunbazlıq predmetinə çevrilib. Gündüz Ali Rada deputatları, sonra cürbəcür adsız qaynaqlar bir-birinin sözünü kəsərək xəbər verməyə başlayıblar ki, Odessanın keçmiş qubernatoru vətəndaşlıqdan məhrum edilib. Nəhayət, dövlət miqrasiya xidməti bu məlumatı rəsmən təsdiqləyib. Ukraynanın aparıcı telekanalları həmin məlumata isnad edib. Xidmət bu zaman Pyotr Poroşenkonun uyğun sərəncamına isnad edib.
Amma heç bir saat keçməmiş miqrasiya xidməti özü özünü təkzib edərək bildirib ki, hələlik heç bir sərəncam olmayıb, prrezident yalnız xidmətdən Saakaşvilini pasportdan məhrum etmək tövsiyəsi alıb. Görünür, Kiyevin hakimiyyət dəhlizlərində hələ də tərəddüd edir, bəlkə də, Vaşinqtondan təcili zənglər qəbul ediblər.
Axşama yaxın Kiyevin əsas median simalarından biri, DİN şefi müşaviri, Rada deputatı Anton Geraşenko vəziyyətə aydınlıq gətirməyə cəhd edib. O təsdiqləyib ki, Saakaşvili həqiqətən də daha Ukrayna vətəndaşı deyil. “Gürcüstan baş prokurorluğu bu günlərdə Ukrayna tərəfinə Saakaşviliyə vətəndaşlıq təqdim edilərkən məlum olmayan faktlar verib”, – deyə Geraşenko izah edərək əlavə edib ki, Saakaşvili bu faktları bilərəkdən gizlədib.
Diqqətçəkəndir ki, qalmaqal qəhrəmanının özü bütün bu müddətdə sükutu qoruyub, amma, əksinə, son zamanlar qızğın media fəaliyyətini gücləndirib. Saakaşvili bu ərəfədə özünün facebook səhifəsində göstərib ki, ABŞ-dadır, həmçinin “Новое время” portalına müsahibə verib və işarə edib ki, Ukraynadan heç hara getməyəcək – hətta vətəndaşlıqdan məhrum ediləcəyi halda da. Gürcüstanın keçmiş prezidenti söz verib: “Vətəndaşlıq olmadan Kiyevdə oturacağam. Sadəcə maydanda gəzişəcəyəm”.
Aydındır ki, eks-prezidentin heç ağlına da gəlmirdi ki, onu vətəndaşlıqdan məhz xaricdə olduğu vaxt məhrum edə bilərlər. Saakaşvili tərəfdarlarından biri, “Pyotr Poroşenko bloku” fraksiyasının üzvü Sergey Leşenko gileylənir: “Bu qayda ilə Saakaşavili hətta fiziki baxımdan da Ukraynaya qayıda bilməz – uçub gələrkən onu Borispolda saxlayacaq və ilk reyslə Gürcüstana ekstradisiya edəcəklər. Faktiki olaraq Saakaşvilini Amerikadan sığınacaq almaq və Ukrayna siyasətini unutmağa vadar edirlər”.
“Vzqlyad” qəzetinin yazdığı kimi, Poroşenko keçən çərşənbə Tiflisə səfər edərək Gürcüstanla son dərəcə vacib qarşılıqlı fəaliyyəti yoluna qoymağa səy göstərib. O, səfərin gedişində vətənində CM-nin dörd madəsi ilə ittiham edilən Saakaşvilinin təhvil verilməsi haqda Tiflisdən Kiyevə hələ bir neçə il əvvəl göndərilmiş sorğuları bir daha araşdırmaq vədi verib.
Saakaşvili boclu qalmayıb və artıq şənbə günü “fəaliyyətdə olan prezident Pyotr Poroşenko rejimini devirmək üçün ümumi səfərbərlik” elan edib və söz verib ki, Ukraynada tezliklə “nəsə çox böyük bir şey başlayacaq”. Eyni zamanda “Yeni qüvvələr Ruxu” – Saakaşvilinin partiyası – UTX-nin (Ukrayna Təhlükəsizlik Xidməti-tərc.) keçmiş şefi Valentin Nalivayçenkonun rəhbərlik etdiyi “Ədalət” hərəkatı ilə ittifaq bağlayıb. Onlar ikilikdə “ümumi fəaliyyət qərargahı” qurublar
Poroşenko keçmiş silahdaşını cəzalandırıb
Ola bilsin, Poroşenko bütün Ukraynanın hələ iki il qabaq bildiyindən Tiflisdə xəbər tutub: Saakaşvili Odessa qubernatoru vəzifəsinə başlarkən gürcü pasportundan imtina etməyib. Bu isə birbaşa Ukrayna konstitusiyası ilə yasaqlanıb. Bundan başqa, Poroşenko dövlət qulluğu haqda qanunu pozmaqla əcnəbini Odessa vilayətinin başçısı təyin edib. Gürcüstan hökuməti bunu mətbuatdan öyrənərək 2015-ci ilin sonunda keçmiş prezidenti vətəndaşlıqdan məhrum edib.
Ukrayna analiz və siyasət menecmenti İnstitutunun direkitoru Ruslan Bortnik hesab edir: “Ola bilsin, Gürcüstan tərəfi sübut etməyi bacarıb ki, Saakaşvilinin hansısa başqa bir vətəndaşlığı olub, bu da Ukrayna vətəndaşlığından məhrum etmək üçün formal əsasdır. O, indi ABŞ-a gedə, müəllimlik fəaliyyətinə dönə bilər. Gürcüstan və Ukraynada yaşaya bilməz”.
Bortnik hiddətlənir ki, Saakaşvili qanunları aşkarca pozmaqla həm vətənaşlıq alıb, həm də onu itirib. O əmindir: “Ukrayna vətəndaşlığından imtina üçün ortalama yarım ildən iki ilə qədər itirmək lazımdır. Bu, qəliz bürokratik prosedurdur. Burada isə bu səviyyəli ictimai şəxsə münasibətdə məhkəmədənkənar formada bu cür tələsgənlik var”.
Politoloq baş verəni Poroşenkonun opponentdən “qisas alması” adlandırır. O, izah edir: “Hökumət Saakaşvilidən istifadə edib və indi o gərəksizdir. Saakaşvili prezidentin ölkə cənubunda imicini düzəltmək, Qərbin dəstəyini qazanmaq, kredit almaq üçün lazım idi. Ona ehtiyac duyulmayandan sonra, sadəcə, onu bir kənara atdılar”.
Onun sözlərinə görə, burada Saakaşvilinin siyasi fəallığı, digər müxaliflərlə birləşmək cəhdləri, Qərbdəki əlaqələri və “sadəcə” prezidenti siyasi diskurs çərçivəsindən kənara çıxan aqressiv tənqidi sözünü deyib.
O, Gürcüstanda da heç kimə lazım deyil
“Qızılgül inqilabı”nın keçmiş rəhbəri üçün ən kədərlisi budur ki, o hətta vətənində çox da lazım deyil. Özü də hətta müttəhim kimi də. Saakaşvili Gürcü politoloqu Qulbaat Rtsxiladze “Vzqlyad” qəzetinə bildirib ki, Cənub Osetiyada öz xalqına qarşı müharibə başladığı üçün Gürcüstanda ömürlk həbs ala bilərdi. “O, osetinlərə and içirdi ki, onlar bizim qardaşlarımız, həmvətənlərimizdir. Amma onları kefincə bombaladı”, – deyə ekspert 2008-ci il münaqişəsini yada salıb.
Ekspert əmindir ki, lakin Saakaşvilini Gürcüstana vermək hüquqi baxımdan asan, siyasi baxımdan çətindir. “Gürcüstan rəhbərliyinin özü artıq bunda maraqlı deyil. Artıq başağrısı hökumətimizin nəyinə lazım? Saakaşvili haradasa xaricdə arabir gözə dəyir, oradan acı-acı şərhlər verir. Ona bu ruhda cavab verir, lağa qoyurlar. Bu hamını qane edir. Saakaşvili saxlansa və Tiflisə təhvil verilsə, onda hökumətin özü bilməyəcək, onunla nə etsin, hansı ittihamlar irəli sürsün”.
Ekspert xatırladır ki, prezidentin keçmiş silahdaşları – Baço Axalaya və Vano Merabişvili cüzi həbs alıb və asanlıqla canalrını qurtarıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...