Qarabağ əlili Cəfərov Yolçu Cəlal oğlu üzləşdiyi qanunsuzluqlarla bağlı müdafiə naziri Zakir Həsənova şikayət ünvanlayıb. Yolçu Cəfərovun şikayətini olduğu kimi təqdim edirik:
Hörmətli cənab nazir!
2015-ci ildən dəfələrlə edilən müraciətimə baxılmır. Belə ki mən Sovet ordusundan təxris olmuşam, Azərbaycan Respublikası ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuşam. Hazırda Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin pensiya təminatı şöbəsində xidmət edən məmurların bəziləri, Roman Patenko başda olmaqla bir gün düşmənlə üz-üzə yerləşən mövqelərdə xidmət etməyib, lakin mən Qarabağ əlili ilə mübarizə aparır. Onlara çatdırmaq lazımdır ki, mənimlə yox, gedib ön xətdə xidmət etsin və mübarizəsini düşmənlərimizlə aparsın. Mənim sənədlərim, şəxsi iş SHXÇDX Ağdam rayon şöbəsindən maliyyə və büdcə idarəsi tələb edərək istəyib. Lakin bu günə hansı maraq güdərək mən Qarabağ əlilinə qarşı haqsızlıq davam edir? Bu haqsızlığa son qoymaq lazımdır. Ədalətsiz məmurları cəzalandırmaq lazımdlr.
Sizdən xahiş edirəm ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən məlumat vərəqimin tərtib edilməsinə və Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə göndərilməsinə köməklik edəsiniz.
Cənab general – polkovnik!
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin pensiya şöbəsində işləyən və bildiyim qədər də döyüş bölgəsində xidmət görməyən kapitan Roman Patenkonun biz Qarabağ əlillərinə qarşı diqqətli davranmağına və suverenliyimiz uğrunda əlil olmuş Qarabağ müharibəsi iştirakçılarına qarşı diqqətli olmasını tapşırmağınızı da xahiş edirik!
Müdafiə Nazirliyini Maliyyə və Büdcə İdarəsi əsassız olaraq məni məhkəməyə müraciət etməyimə vadar edir… Qalmışam məhkəmələrdə, dərdimi kimə deyim…”
Mənbə: AzToday.az
Digər xəbərlər
loading...